Paytaxtın dörd rayonunda qaz kəsiləcək


Paytaxtın 4 rayonunda qaz təchizatının dayandırılması planlaşdırılır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.
Bildirilib ki, buna səbəb qaz xətlərində görüləcək təmir-quraşdırma işləridir.
“Paytaxtın Xəzər, Binəqədi, Səbail və Sabunçu rayonları ərazisindəki qaz xətlərində görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar 11.06.2024-cü il tarixdə saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.
Qaz təchizatı dayandırılan müddətdə Sabunçu rayonu üzrə Buzovna qəsəbəsinin, Binəqədi rayonu üzrə Nizami Nərimanov, İbrahim Paşadadaşov küçələrinin, Səbail rayonu üzrə Badamdar qəsəbəsi, 3-cü Massivin, Sabunçu rayonu üzrə isə Nardaran qəsəbəsinin Abşeron küçəsi və Bağlar massivinin qaz təchizatında fasilə yaranacaq”, - məlumatda deyilir.

DİGƏR XƏBƏRLƏR

Top