
“İsti havalarda dondurma yeyəndə güclü temperaturun düşməsi və selikli qişanın hipotermiyası baş verir ki, bu da vazospazma gətirib çıxarır”.
Yeniavaz.com xəbər verir ki, bunu “İzvestiya”ya fiziologiya, insan ekologiyası və tibbi-bioloji biliklər kafedrasının dosenti Aleksandr Sozıkin deyib.
“İsti havada heç vaxt selikli qişanı həddindən artıq soyutmamalısınız. İstilərdə dondurma yeyəndə güclü temperatur fərqi və selikli qişanın qəfil lokal hipotermiyası müşahidə olunur. Nəticə vazospazmdır. Ən çox qoruyucu hüceyrələrin - leykositlərin əmələ gəldiyi badamcıqlar stress keçirir, onlarda yeni immun hüceyrələrin formalaşması ləngiyir”, - mütəxəssis izah edib.
Bioloq qeyd edib ki, ağızda həmişə şərti-patogen mikroflora var, bu normal şəraitdə insanlar üçün təhlükəli deyil, çünki immun hüceyrələr onun nəzarətsiz çoxalmasına mane olur:
“Lakin, immun hüceyrələrin fəaliyyətinin azalması səbəbindən özünü "əlverişli" bir mühitdə tapan bu patogen mikroflorası tez çoxalmağa başlayır və dərhal selikli qişadan qan, limfa və bədən toxumalarına aqressiv şəkildə nüfuz edir. Bu, müxtəlif xəstəliklərə gətirib çıxarır. Hipotermiya keçdikdə, badamcıqlar bu prosesə cavab olaraq, aktivliyi artırır və leykositlərin əmələ gəlməsinə səbəb olur, onların temperaturu kəskin şəkildə yüksəlir, ölçüləri artır, şişir, bu da tez boğaz ağrısına və müxtəlif virus xəstəliklərinə səbəb olur”.
Onun sözlərinə görə, həddindən artıq istidə dondurma yeməyin başqa mümkün xoşagəlməz nəticəsi də var. Bədənin bütövlükdə çox qızdırıldığı halda yuxarı damağın kəskin soyuması sinir reseptorlarının qıcıqlanmasına və beyində qan damarlarının spazmına səbəb ola bilər ki, bu da şiddətli baş ağrılarına səbəb olur.
Tətbiqimizi yükləyə bilərsiniz