
“Apple” şirkəti yeni əməliyyat sistemi iOS 18-i təqdim edib.
Yeniavaz.com xəbər verir ki, təqdimat şirkətin “YouTube” kanalında yayımlanıb.
Əməliyyat sistemində vidcet və nişanlar üçün imkanları genişləndirib – indi onları ekranın istənilən yerinə köçürmək olar. Yenilənmə ilə hər bir proqram ayrıca bloklana və ya gizlədilə bilər. Parol və ya “Face ID”dən istifadə etməklə kilid açıla bilər.
Həmçinin “Mesajlar” hissəsində dəyişikliklər edilib - indi siz istənilən emojidən istifadə edərək mesajlara cavab verə və müxtəlif növ mətnlərdən istifadə edə bilərsiniz. Mesajlar müəyyən vaxtda avtomatik göndərilə bilər.
iOS 18-ə malik “iPhone”larda təkmilləşdirilmiş oyun performansı üçün oyun rejimi olacaq. Bundan əlavə, yeni əməliyyat sistemi insanlara sadəcə olaraq smartfonlarını bir-birinə yaxın tutaraq pul köçürməsinə imkan verəcək.
Tətbiqimizi yükləyə bilərsiniz