Polşada Ukrayna üçün silah istehsal edən zavodda partlayış oldu


Polşanın Skarjısko-Kamenna şəhərində “Mesko” silah zavodunda partlayış baş verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Wyborcza” məlumat yayıb.
Bildirilir ki, partlayış bir neçə il əvvəl istifadəyə verilmiş raket yanacağı mərkəzində baş verib. Nəticədə şirkətin 59 yaşlı əməkdaşı həlak olub, daha biri isə yaralanıb.
Partlayışın səbəbi barədə hələlik məlumat verilmir.
Qeyd edilir ki, zavodda artıq iki partlayış olub, hər ikisi 2021-ci ildə. 48 yaşlı işçi 2021-ci ilin aprelində, 41 yaşlı işçi isə 2021-ci ilin sentyabr ayında vəfat edib. Hər iki halda partlayışlara təhlükəsizlik qaydalarına əməl edilməməsi səbəb olub.
“Mesko” zavodu silah istehsal edir.O cümlədən Ukrayna Silahlı Qüvvələri üçün. 2023-cü ildə şirkət Ukraynanın ARTeM şirkəti ilə birlikdə 125 mm-lik tank sursatlarının istehsalına başladığını elan edib. Eyni məlumatda Polşa zavodunun artıq Ukraynanı kiçik çaplı döyüş sursatları və raket yükləri, həmçinin “Piorun” insan daşına bilən zenit-raket kompleksləri ilə təmin etdiyini bildirilib.

DİGƏR XƏBƏRLƏR

Top