
“Abzas media” işi ilə bağlı saxlanılan və barələrində həbs qətimkan tədbiri seçilən jurnalistlər Hafiz Babalı və Elnarə Qasımovanın həbs müddəti uzadılıb.
Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, bu barədə Xətai Rayon Məhkəməsi qərar qəbul edib.
Qərara əsasən, H.Babalının həbs müddəti 1 ay, E.Qasımovanın həbs müddəti isə 2 ay uzadılıb.
Qeyd edək ki, “Abzas Media”nın rəhbərliyi və əməkdaşları ötən ilin noyabrından etibarən “qaçaqmalçılıq” ittihamı ilə həbs ediliblər. Hazırda medianın 6 üzvü 6 aydan çoxdur ki, həbsdədir. Jurnalistlər isə onlara qarşı sürülən ittihamları qəbul etmir və saxlanılmalarına səbəb kimi “Abzas Media”da dərc olunan araşdırmaları göstərirlər.
Tətbiqimizi yükləyə bilərsiniz