“Azərbaycan əsgərinin sərhədi keçməsi barədə məlumat yoxdur” – Ermənistan MTX


“Ermənistan Milli Təhlükəsizlik Xidmətində (MTX) Azərbaycan hərbçisinin sərhədi keçməsi ilə bağlı faktiki məlumat yoxdur”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Sputnik Ermənistan”a təhlükəszilik xidmətindən məlumat verilib.
MTX qeyd edib ki, məsələ ilə bağlı yeni məlumatlar əldə olunarsa, ictimaiyyət bununla bağlı məlumatlandırılacaq.
Qeyd edək ki, Azərbaycan ordusunun hərbi qulluqçusu, əsgər Ceyhun Hüseynov iyunun 9-da Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində naməlum şəraitdə itkin düşüb.

DİGƏR XƏBƏRLƏR

Top