![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2024/6/10/1/5a0c5edf-c132-4e7e-8491-e774e369e2ab/qiz-oglan-qiz.jpg)
Azərbaycanda əhalinin 22,7%-ni və ya 2 milyon 295,1 min nəfərini gənclər (14-29 yaş) təşkil edib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, gənclərin 51,7%-i və ya 1 milyon 186,4 min nəfəri oğlanlar, 48,3%-i və ya 1 milyon 108,7 min nəfəri qızlar olub.
Qeyd edək ki, Azərbaycanın əskər şəhər və rayonlarında oğlanların sayı qızların sayından çox olub. Yalnız 3 rayonda – Saatlı, Hacıqabul və Neftçala rayonlarında qızlar oğlanlardan çox olub. 4 şəhər və rayonda isə oğlanlarla qızların sayı bərabər olub. Belə ki, Xankəndi və Naftalan şəhərləri ilə Culfa və Xocalı rayonlarında oğlanlarla qızların sayı eyni olub.
Elnur Əli