“Ermənistanda növbədənkənar parlament seçkiləri olmayacaq” – Simonyan


Müxalifətin küçə etirazları fonunda Ermənistan hakimiyyəti növbədənkənar parlament seçkiləri keçirmək fikrində olmadığını açıqlayıb.
Yeniavaz.com
Ermənistan KİV-ə istinadla xəbər verir ki, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan brifinqdə deyib.
“Biz bu məsələni müzakirə etməmişik və müzakirə etmək niyyətində deyilik”, - parlamentin spikeri bildirib.
Qeyd edək ki, Ermənistanda bir gün əvvəl Respublika meydanında keçirilən mitinqdən sonra etirazçılar Baqramyan prospektinə yürüş edərək, orada çadırlar qurublar.
“Vətən uğrunda Tavuş” hərəkatının tərəfdarları gecəni Baqramyan prospektində, Ermənistan parlamentinin binası qarşısında qurulan 15-ə yaxın çadırda keçiriblər.
Baqramyan prospektində nəqliyyatın hərəkəti kəsilib. Bina hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən mühasirəyə alınıb.
Xatırladaq ki, dünənki mitinqdə arxiyepiskop Baqrat Qalstanyan “Vətən uğrunda Tavuş” hərəkatının tərəfdarlarını Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi Ermənistan hökumətinin istefasına nail olmaq üçün iyunun 10-dan etibarən dörd günlük fasiləsiz aksiyalara başlamağa çağırıb.

DİGƏR XƏBƏRLƏR

Top