Klubların yeni dünya reytinqi: “Qarabağ” və “Neftçi” gerilədi

 
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) klubların yeni dünya reytinqini təqdim edib.
Yeniavaz.com
federasiyanın rəsmi saytına istinadla xəbər verir ki, reytinqdə 507 klub təmsil olunub.
Siyahıda “Qarabağ”, “Neftçi”, Zirə” və “Sabah” klubları olmaqla dörd Azərbaycan təmsilçisi yer alıb.
“Qarabağ” (183,75 xal) və “Neftçi” (59,25 xal) dünya reytinqində 5 pillə geriləyib. Beləliklə, “Qarabağ” 53-cü, “Neftçi” isə 403-cü yerdə qərarlaşıb. 15 pillə irəliləyən “Zirə” (62,25 xal) 369-cu, 17 pillə irəliləyən “Sabah” (60,75 xal) isə 388-ci olub.
Qeyd edək ki, dünya reytinqində lider “Mançester Siti”dir (401 xal). Siyahıda 2-ci yeri “Bayer Leverkuzen” (355 xal) tutur. İlk üçlüyü isə “Real Madrid” (333 xal) tamamlayır.
Bundan başqa, ilk onluqda “Atalanta” (320 xal), “Borissiya Dortmund (261 xal), “Atletiko Madrid” (260 xal), “Bayern Münxen” (258 xal), “Barselona” (256 xal), “İnter Milan” (251 xal) və “Palmeyras” (250 xal) kimi klublar yer alır.

DİGƏR XƏBƏRLƏR

Top