Azərbaycanda taksidən istifadə edənlərin sayı açıqlandı – Rəsmi


Bu ilin ilk 3 ayı ərzində Azərbaycanda taksidən 18 milyon 564,8 min sərnişin istifadə edib.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, taksidən istifadə edən sərnişinlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 12,3% artıb.
Taksidən istifadə edən sərnişinlərin təxminən yarısı – 9 milyon 815,4 min nəfəri fiziki şəxslərə məxsus taksilərdən istifadə edib və onların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 11,3% artıb.
Onu da bildirək ki, bu ilin ilk 3 ayında gün ərzində taksilərdən orta hesabla 204 min sərnişin istifadə edib.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top