Ermənistan KTMT-yə ödəniş etməyəcək – Rusiyadan reaksiya


Rusiya Xarici İşlər Nazirliyi Ermənistanın KTMT büdcəsinə töhfə verməkdən imtina etməsinə münasibət bildirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Nazirlikdən RİA Novostiyə açıqlama verilib.
Bildirilib ki, bu, İrəvanın iştirakını dondurması və KTMT-nin maliyyələşdirilməsini dayandırması ilə bağlı ilk bəyanatı deyil.
Qeyd olunub ki, Ermənistanın əvvəllər də KTMT büdcəsinə borcları olub.
Qeyd edək ki, Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan daha əvvəl bəyan edib ki, İrəvan KTMT Kollektiv Təhlükəsizlik Şurasının 23 noyabr 2023-cü il tarixli “KTMT-nin 2024-cü il büdcəsi haqqında” qərarına qoşulmaqdan və təşkilatın burada nəzərdə tutulan fəaliyyətinin maliyyələşdirilməsində iştirakdan imtina edəcək.

DİGƏR XƏBƏRLƏR

Top