
Fransa Prezidenti Emmanuel Makron Milli Assambleyanın (Fransa parlamentinin aşağı palatası) buraxılması və növbədənkənar seçkilərin keçirilməsi barədə qərar qəbul edib.
Yeniavaz.com xəbər verir ki, o bu barədə Avropa Parlamentinə (AP) seçkilərdən sonra qərar verib.
“Fransa sakit və ahəngdar hərəkət etmək üçün parlament çoxluğuna ehtiyac duyur. Mən növbədənkənar parlament seçkilərini 30 iyuna, ikinci turu isə 7 iyula təyin edirəm”, - deyə Makron bildirib.
Qeyd edək ki, Avropa Parlamentinə (AP) seçkilərdə hakim İntibah Partiyası ağır məğlubiyyətə uğrayıb. Belə ki, müxalif sağçı Milli Birlik partiyası 32% səs toplayıb və hakim partiyanı iki dəfədən çox (15,4%) qabaqlayıb.
Xatırladaq ki, sonuncu dəfə parlamentin aşağı palatası prezident Jak Şirak tərəfindən 1997-ci ildə buraxılıb.
Tətbiqimizi yükləyə bilərsiniz