İranın növbəti Prezidenti bu 6 nəfərdən biri olacaq – Adlar


İran Konstitusiyasının Keşikçilər Şurası prezident seçkilərində iştirak edə biləcək 6 şəxsin namizədliyini təsdiqləyib.
Yeniavaz.com
 xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb.
Bildirilir ki, növbədənkənar prezident seçkilərdə aşağıdakı şəxslər namizəd kimi iştirak edə biləcəklər:
Məclisin (parlamentin) sədri Məhəmməd Baqir Qalibaf,
Tehran şəhərinin meri Əlirza Zəkani,
İran Təhlükəsizlik Şurasındakı ruhani liderin nümayəndəsi Səid Cəlili,
Prokuror və keçmiş ədliyyə naziri Mostafa Purmohammadi,
Məclis sədrinin keçmiş müavini Əmir Hüseyn Qazizadə Haşimi,
Parlament üzvü Məsud Pezeşkian.

DİGƏR XƏBƏRLƏR

Top