Yunanıstanda itkin düşən BBC əməkdaşının meyiti tapıldı


Televiziya və radio aparıcısı, BBC əməkdaşı Maykl Moslinin Yunanıstanın Simi adasında meyiti tapılıb.
Yeniavaz.com
BBC-yə istindla xəbər verir ki, 67 yaşlı kişi çərşənbə günü Agios Nikolaos çimərliyindən gəzintiyə çıxdıqdan sonra itkin düşüb.
Qeyd olunur ki, hələ rəsmi şəxsiyyəti müəyyən edilməmiş cəsəd bazar gününün erkən saatlarında Agia Marina çimərlik barının yaxınlığındakı yamacda tapılıb.
Siminin meri Eleftherios Papakalodouka bildirib ki, cəsəd qruplar sahil zolağında axtarış apararkən tapılıb.
Polisdəki mənbənin sözlərinə görə, mərhum bir neçə gündür ölüb. Səlahiyyətlilər Moslinin yıxılaraq başından aldığı xəsarətlər nəticəsində öldüyünü ehtimal edirlər.

DİGƏR XƏBƏRLƏR

Top