17 yaşlı Endrik Braziliyanın heyətində ardıcıl 3-cü oyunda qol vurub – Video


Braziliya “Palmeyras”ının 17 yaşlı hücumçusu Endrik Braziliya millisinin heyətində ardıcıl 3-cü oyunda qol vurub.
Yeniavaz.com
xəbər verir ki, hər üç oyunda o, əvəzedici kimi meydana çıxıb.
ABŞ-da keçirilən yoldaşlıq görüşündə braziliyalılar Meksika yığmasına 3:2 hesabı ilə qalib gəlib. Endrik əlavə olunmuş vaxtın 6-cı dəqiqəsində Real Madridin hücumçusu Vinisius Juniorun ötürməsindən sonra fərqlənib.
Qeyd edək ki, Endrik Braziliya millisində 5 oyun keçirib və 3 qol vurub. Əvvəlki yoldaşlıq görüşlərində Endrik İngiltərə (1:0) və İspaniyaya (3:3) da qol vurmağı bacarıb.
Endrikin Amerika kubokundan sonra “Real Madrid”ə keçəcəyi bildirilir.

DİGƏR XƏBƏRLƏR

Top