İsrailin girovları azad etmək üçün keçirdiyi əməliyyatda ölənlərin sayı 274-ə çatdı


İsrailin Qəzza zolağının mərkəzində Nuseyrat fələstinli qaçqın düşərgəsinin mərkəzində 4 girovu azad etmək üçün keçirdiyi əməliyyatda ən azı 274 fələstinli həlak olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyi məlumat yayıb.
“İsrailin dünənki Nuseyrat düşərgəsindəki təcavüzü zamanı 274 nəfər həlak olub, 698 nəfər yaralanıb, qurbanlardan bəzilərinin vəziyyəti ağırdır”, - Qəzza Səhiyyə Nazirliyinin rəsmi “Telegram” kanalında yayımlanan bəyanatda deyilir.
Qeyd edək ki, daha əvvəl İsrail ordusunun mətbuat xidməti Qəzza zolağının mərkəzi hissəsindəki Nuseyrat fələstinli qaçqın düşərgəsi ərazisində xüsusi əməliyyat keçirildiyini, nəticədə 2023-cü il oktyabrın 7-də girov götürülən dörd israillinin azad edildiyini açıqlayıb.
Fələstinin HƏMAS hərəkatı isə İsrailin Nuseyrat qaçqın düşərgəsində keçirdiyi əməliyyat nəticəsində Qəzza zolağında saxlanılan bir neçə girovun öldüyünü bəyan edib. Həmçinin Nuseyrat əməliyyatının HƏMAS-ın əlində qalan girovların vəziyyətini pisləşdirəcəyi bildirilib və bu cür hərəkətlərin onlar üçün ciddi təhlükə yaratdığı barədə xəbərdarlıq edilib.

DİGƏR XƏBƏRLƏR

Top