İranda Zöhrə Elahian prezidentliyə namizədliyini geri götürdü


İran parlamentinin (Məclisin) keçmiş üzvü və İran Tibb Elmləri Akademiyasının əməkdaşı Zöhrə Elahian prezidentliyə namizədliyini geri götürdüyünü açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, o bu barədə öz sosial media hesabı vasitəsilə məlumat yayıb.
“İnqilabi hərəkatın birliyini qorumaq, xalqın və elitanın etimadını qazanan namizədi dəstəkləmək və inqilab liderinin qadınların yüksək rəhbər vəzifələrə təyin edilməsində göstərdiyi müdrikliyə minnətdarlığımı bildirmək üçün namizədliyimi geri götürürəm”, - Elahian bildirib.
Qeyd edək ki, İbrahim Rəisinin helikopter qəzasında həlak olması ilə əlaqədar olaraq, Elahian da daxil olmaqla dörd qadın İranda erkən prezident seçkilərində iştirak etmək üçün qeydiyyatdan keçib.
İranda seçkilər iyunun 28-nə təyin edilib.

DİGƏR XƏBƏRLƏR

Top