Gizli şəkildə xüsusi rabitə vasitəsi keçirmək istəyən şəxs imtahana buraxılmadı – DİM


Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyunun 9-da I ixtisas qrupu üzrə RK və Rİ altqruplarının hər ikisini seçən abituriyentlər üçün informatika fənni, III ixtisas qrupu üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər üçün coğrafiya fənni üzrə əlavə imtahan keçirilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə DİM məlumat yayıb.
Bildirilib ki, imtahan 14 şəhər və rayonda təşkil olunub.
“İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 78 imtahan binası, 1375 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 78 ümumi imtahan rəhbəri, 224 imtahan rəhbəri, 1719 nəzarətçi, 240 buraxılış rejimi əməkdaşı, 78 bina nümayəndəsi cəlb olunub”, - məlumatda deyilir.
Qeyd olunub ki, ilkin məlumatlara əsasən, 1 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub:
“1 nəfər isə özü ilə gizli şəkildə xüsusi rabitə vasitəsi keçirməyə cəhd edərkən binanın girişində müəyyən edilib və imtahana buraxılmayıb. Hər iki halla bağlı araşdırma aparılır. Xatırladaq ki, qayda pozuntularına yol verən abituriyentlərin müsabiqə nəticələri ləğv olunur və onlar qəbul imtahanının ikinci cəhdinə də buraxılmırlar”.
Bildirilib ki, imtahanda 18440 abituriyentin iştirakı nəzərdə tutulurdu.

DİGƏR XƏBƏRLƏR

Top