Ukrayna ordusu ilk dəfə Rusiyaya məxsus Su-57-ni vurub – Foto


Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi Rusiyanın ən müasir qırıcısı Su-57-nin ilk dəfə vurulduğunu bəyan edib.
Yeniavaz.com
UNIAN-a istinadla xəbər verir ki, bu barədə İdarənin saytında məlumat dərc olunub.
Bildirilib ki, iyunun 8-də Rusiyanın Həştərxan vilayətində, döyüş təmas xəttindən 589 kilometr aralıda yerləşən Axtubinsk aerodromunun ərazisində Su-57 çoxməqsədli qırıcı vurulub.
Qeyd olunub ki, bunu aerodromda dayanan təyyarənin peyk görüntüləri sübut edir.
“Fotolar göstərir ki, iyunun 7-də Su-57 bütöv vəziyyətdə olub, bir gün sonra isə onun yaxınlığında partlayış kraterləri və xarakterik yanğın ləkələri yaranıb”, - məlumatda deyilir.
Kəşfiyyat rəsmiləri qeyd ediblər ki, Su-57 Rusiyanın ən müasir qırıcısıdır və zərbələr üçün Kh-59 və Kh-69 raketlərindən istifadə etməyə qadirdir:
“Su-57-nin vurulması tarixdə ilk belə haldır”.

DİGƏR XƏBƏRLƏR

Top