
Türkiyənin Kahramanmaraş vilayətində zəlzələ meydana gəlib.
Yeniavaz.com xəbər verir ki, zəlzələ vilayətin Göksun rayonunda qeydə alınıb.
Fövqəladə Halların İdarə Olunması Mərkəzindən (AFAD) verilən məlumata görə, zəlzələnin maqnitudası 4,3 olub və yerli vaxtla 06:31-də (Bakı vaxtı ilə 07:31) baş verib.
İlkin məlumatlara görə, yerin 7 kilometr dərinliyində baş verən zəlzələdə dağıntı olmayıb və itki yaşanmayıb.
Tətbiqimizi yükləyə bilərsiniz