
İsrail Qəzza zolağının mərkəzində “Nuseyrat” fələstinli qaçqın düşərgəsində əməliyyat keçirib.
Yeniavaz.com xəbər verir ki, əməliyyat nəticəsində 4 girov azad edilib və ən azı 210 fələstinli həlak olub.
“İsrailin Nuseyrat düşərgəsindəki təcavüzü nəticəsində 210 nəfər həlak olub, 400-dən çox insan yaralanıb”, - media ilə əlaqələr şöbəsinin teleqram hesabında yaydığı məlumatda deyilib.
Departament vurğulayıb ki, hazırda söhbət yalnız Nuseyratın özündə və Deyr əl-Bələhdə xəstəxanalara aparılanlardan gedir.
Bundan əvvəl İsrail ordusunun mətbuat xidməti Qəzza zolağının mərkəzi hissəsindəki Nuseyrat fələstinli qaçqın düşərgəsi ərazisində xüsusi əməliyyat keçirdiyini, nəticədə 2023-cü il oktyabrın 7-də girov götürülən dörd israillinin azad edildiyini açıqlayıb.
Qeyd edək ki, Fələstinin HƏMAS hərəkatı İsrailin Nuseyrat qaçqın düşərgəsində keçirdiyi əməliyyat nəticəsində Qəzza zolağında saxlanılan bir neçə girovun öldüyünü iddia edib.
Həmçinin Nuseyrat əməliyyatının HƏMAS-ın əlində qalan girovların vəziyyətini pisləşdirəcəyini bildirilib və bu cür hərəkətlərin onlar üçün ciddi təhlükə yaratdığı barədə xəbərdarlıq edilib.
Tətbiqimizi yükləyə bilərsiniz