
Aralarında Türkiyənin ikinci astronavtı olan Azərbaycan əsilli Tuva Cihangir Ataseverin də olduğu “VSS Unity” suborbital vasitəsini daşıyan təyyarə havaya qalxıb.
Yeniavaz.com TRT-yə istinadən xəbər verir ki, ailələri ilə vidalaşdıqdan sonra Atasəvərin də üzvü olduğu “Qalaktik 07” komandası alqış sədaları altında “VSS Unity” suborbital vasitəsinə doğru hərəkət edib.
“Virgin Galactic” təyyarəsi ABŞ yerli vaxtla saat 08.30-da (Bakı vaxtı ilə18:30) səfərə başlayıb.
Təxminən 1 saat 10 dəqiqə davam etməsi planlaşdırılan uçuşda Ataseverin təxminən 3 dəqiqəlik sərbəst düşmə mərhələsində mikroqravitasiya mühitində 7 elmi təcrübə həyata keçirməsi planlaşdırılır.
Tətbiqimizi yükləyə bilərsiniz