Qəzzada ölənlərin sayı 36,8 mini keçdi

 
2023-cü ilin oktyabrından İsrailin Qəzza zolağında həyata keçirdiyi əməliyyatlar nəticəsində həlak olan fələstinlilərin sayı 36,8, yaralanan fələstinlilərin sayı isə 83,6 mini keçib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyi rəsmi “Telegram” kanalında məlumat yayıb.
“Ötən ilin oktyabr ayının əvvəlindən İsrailin Qəzzaya təcavüzü nəticəsində ölənlərin sayı 36 801 nəfərə, yaralananların sayı isə 83 680 nəfərə çatıb”, - deyə məlumatda bildirilib.
Səhiyyə Nazirliyi son 24 saat ərzində İsrail hərbçilərinin əməliyyatları nəticəsində 70 fələstinlinin həlak olduğunu, 150 fələstinlinin isə yaralandığını qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top