“Apollon 8”in məşhur astronavtı təyyarə qəzasında öldü – Foto


“Apollon 8” kosmos missiyasının üzvlərindən biri Uilyam Anders təyyarə qəzasında həlak olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Fox13” portalı məlumat yayıb.
Məlumata görə, Anders cümə günü ABŞ-nin şimal-qərb sahillərində San Juan arxipelaqında qəzaya uğrayan təyyarənin idarəetməsində olub.
“Apollon 8”in ekipaj üzvünün 90 yaşı var idi.
Qeyd edək ki, “Apollon 8” kosmik gəmisi 1968-ci ildə ABŞ-də buraxılıb. Təyyarədə astronavtlar Frenk Borman, Ceyms Lovell və Uilyam Anders olub. Bu gəmidə uçuş zamanı insanlar ilk dəfə Yerin qravitasiya və maqnit sahələrini tərk ediblər və tarixdə ilk dəfə Ayın Yerdən görünməyən tərəfinin orbitinə daxil olublar.
Ayda uçuşu zamanı Anders “Yer kürəsi” adlı ən məşhur kosmik fotoşəkillərdən birini çəkib.

DİGƏR XƏBƏRLƏR

Top