
Futbol üzrə Türkiyə millisinin 2024-cü il Avropa çempionatı üçün yekun heyəti açıqlanıb.
Yeniavaz.com Türkiyə Futbol Federasiyasının rəsmi saytına istinadla xəbər verir ki, baş məşqçi Vinçenzo Montellanın müəyyən etdiyi siyahıda 26 futbolçu var.
Siyahıya daxil olan oyunçular aşağıdakılardır:
Qapıçılar: Altay Bayındır (“Mançester Yunayted”, İngiltərə), Mert Günok (“Beşiktaş”), Uğurcan Çakır (“Trabzonspor”);
Müdafiəçilər: Mert Müldür, Ferdi Kadıoğlu (hər ikisi “Fənərbağça”), Zeki Çelik (“Roma”, İtaliya), Abdülkerim Bardakcı (“Qalatasaray”), Ahmetcan Kaplan (“Ayaks”, Niderland), Merih Demiral (“Əl-Əhli”, Səudiyyə Ərəbistanı), Samet Akaydın (“Panatinaikos”, Yunanıstan);
Yarımmüdafiəçilər: Hakan Çalhanoğlu (“İnter”, İtaliya), İrfan Can Kahveci, İsmail Yüksek (hər ikisi “Fənərbağça”), Semih Kılıçsoy (“Beşiktaş”), Kaan Ayhan, Kerem Aktürkoğlu (hər ikisi “Qalatasaray”), Okay Yokuşlu (“Vest Bromviç”, İngiltərə), Orkun Kökçü (“Benfika”, Portuqaliya), Salih Özcan (“Borussiya Dortmund”, Almaniya), Yunus Akgün (“Lester Siti”, İngiltərə), Arda Gülər (“Real Madrid”, İspaniya), Yusuf Yazıcı, (“Lill”, Fransa);
Hücumçular: Bertuğ Yıldırım (“Renn”, Fransa), Cenk Tosun (“Beşiktaş”), Kenan Yıldız (“Yuventus”, İtaliya), Barış Alper Yılmaz (hər ikisi “Qalatasaray”).
Qeyd edək ki, Avropa çempionatı 14iyun – 14 iyul tarixləri arasında Almaniyada keçiriləcək. Türkiyə millisi Portuqaliya, Çexiya və Gürcüstanla birlikdə F qrupunda mübarizə aparacaq.