Danimarkanın Baş nazirinə hücum edən şəxs polyak olub – Yenilənib


Danimarkanın Baş naziri Mette Frederiksenə hücum edən şəxs 39 yaşlı polyak olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə yerli “Ekstra Bladet” nəşri məlumat yayıb.
Bildirilir ki, Kopenhagen məhkəməsi həmin şəxsi 12 gün müddətinə həbs edib.
Məhkəmədə o, baş nazirə hücum etdiyini etiraf edib və kimi vurduğunu bildiyini deyib. Onun motivləri haqqında heç nə deyilmir.
Nəşrin məlumatına görə, kişi Danimarka dilində danışmır və başa düşmür. İş materiallarına görə, o, spirtli içki və narkotik maddənin təsiri altında olub.
Baş nazirin ofisi Frederiksenin yüngül zədə aldığını bildirib. Bildirilir ki, baş nazir qolundan zədə alıb. Hücumdan sonra Baş nazir müayinə üçün xəstəxanaya aparılıb. Onun iştirakı ilə iyunun 8-nə planlaşdırılan bütün rəsmi tədbirlər ləğv edilib.

***09:58
Danimarka Baş naziri Mette Frederiksen naməlum şəxsin hücumuna məruz qalıb.
Yeniavaz.com
yerli KİV-ə istinadla xəbər verir ki, hökumət başçısı Kopenhagenin Kultorve meydanında olarkən bir nəfər yaxınlaşaraq onu vurub.
Kopenhagen polisi Baş nazirin hücuma məruz qaldığını təsdiqləsə də, onun yaralanıb-yaralanmadığı barədə heç bir məlumat verməyib.
Hadisə şahidlərinin sözlərinə görə, hücum saat 18:00 radələrində bir kafenin yaxınlığında baş verib.
Frederiksenin özü də bu məsələ ilə bağlı heç bir açıqlama verməyib.
Hücumda şübhəli bilinən şəxs saxlanılıb.

DİGƏR XƏBƏRLƏR

Top