
Ukrayna hərbçiləri Xersonun Qolopristanski bələdiyyə rayonunun Sadovoe kəndini atəşə tutub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Xerson vilayətinin işğal olunmuş hissəsinin “qubernatoru” Vladimir Saldo məlumat yayıb.
Məlumata görə, atəş nəticəsində çox sayda müştəri və işçinin olduğu mağaza məhv edilib.
Saldo 19 nəfərin öldüyünü və daha 5 nəfərin yaralandığını bildirib. O, bir neçə örtülü cəsədin və dağılmış avtomobillərin göründüyü fotoşəkilləri dərc edib.
Tətbiqimizi yükləyə bilərsiniz