
“Bir tərəfdə Türkiyə bayrağı, bir tərəfdə Azərbaycan bayrağı, çünki ananız azərbaycanlıdır və siz hər iki qardaş ölkəni təmsil edəcəksiniz”.
Yeniavaz.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan suborbital uçuşa hazırlaşan astronavt Tuva Cihangir Atasever ilə canlı bağlantı vasitəsilə söhbəti zamanı deyib.
“Türkiyə Cümhuriyyəti və Azərbaycan bayrağı yer üzündə çiyin-çiyinə və yan-yana olduğu kimi, kosmos səyahətimdə də sinəmdə olacaq”, - Atasever deyib.
Bu səfərin “iki dövlət, bir millət” şüuru ilə həyata keçiriləcəyini bildirən Prezident Ataseverə uğurlar arzulayıb.
Atasevər, tapşırığı uğurla başa vurmağı və prezident Ərdoğanla görüşməyi səbirsizliklə gözlədiyini bildirib.
Tətbiqimizi yükləyə bilərsiniz