“Qalib gəlsəm, inauqurasiyaya qədər Ukraynadakı vəziyyəti həll edəcəyəm”


ABŞ-nin keçmiş prezidenti Donald Tramp ikinci müddətə yenidən seçiləcəyi təqdirdə inauqurasiyadan əvvəl Ukraynada sülhə nail olacağına söz verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Tramp “Merit Street Media” telekanalına müsahibəsində deyib.
“Mən vəzifəyə başlayana qədər bununla məşğul olacağam və Ukraynadakı münaqişəni həll edəcəyəm. Seçilmiş prezident kimi mənim böyük səlahiyyətlərim olacaq”, - o deyib.
Eyni zamanda Tramp qeyd edib ki, Ukraynada vəziyyət daha ​​da pisləşir:
“Onlar indi silah götürürlər ki, Rusiyanın dərinliklərinə zərbə endirə bilsinlər. Bütün bunlar hara gedir? Ölkəmiz dünya müharibəsinə cəlb olunmaq təhlükəsi ilə üz-üzədir. Bizim bir insanımız var (ABŞ prezidenti Co Bayden – red.) o bu işə baş qoşmamalıdır”.
Xatırladaq ki, ABŞ dövlət katibi Antoni Blinken mayın 31-də Baydenin ABŞ silahları ilə Rusiya ərazisinə zərbələr endirməyə razı olduğunu təsdiqləyib. Amerika diplomatiyasının rəhbərinin deyib ki,  söhbət yalnız Rusiyanın Xarkov yaxınlığındakı regionlarına hücumlardan gedir.

DİGƏR XƏBƏRLƏR

Top