Qəzzada ölənlərin sayı 36,7 mini keçdi


2023-cü ilin oktyabrında İsrail hərbi əməliyyatlarının başlamasından bu yana Qəzza zolağında 36,7 mindən çox fələstinli həlak olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyi rəsmi “Telegram” kanalında məlumat yayıb.
“Ötən ilin oktyabr ayının əvvəlindən indiyədək İsrailin Qəzzaya təcavüzü nəticəsində 36 min 731 fələstinli həlak olub, 83 min 530 fələstinli yaralanıb”, - nazirliyin məlumatında bildirilib.
Qeyd olunub ki, son 24 saat ərzində İsrail qüvvələrinin qurudan reydləri və hava hücumları nəticəsində ən azı 77 fələstinli həlak olub, 221 fələstinli isə yaralanıb.

DİGƏR XƏBƏRLƏR

Top