Bayden Zelenskidən üzr istədi


ABŞ Prezidenti Co Bayden Ukraynaya hərbi yardımı gecikdirdiyinə görə Prezident Volodimir Zelenskidən açıq şəkildə üzr istəyib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə o, CNN telekanalının efirində bildirib.
Belə ki, Amerika hakimiyyəti Ukraynanın ehtiyacları üçün 61 milyard dollar ayırıb. Yardım layihəsinin qəbulundan əvvəl ABŞ qanunvericiləri arasında aylarla davam edən müzakirələr aparılıb.
“Bu həftələr üçün üzr istəyirəm… Qanun layihəsini qəbulu ilə bağlı problemlər yaşadıq” , - Amerika lideri bildirib.
O əlavə edib ki, Konqresin bəzi “çox mühafizəkar” üzvləri qanunun qəbuluna mane olublar. Prezident həmçinin Zelenskini əmin edib ki, ABŞ Ukraynanı dəstəkləməkdə davam edəcək.

DİGƏR XƏBƏRLƏR

Top