Qırğızıstan Azərbaycana yeni səfir təyin etdi


Maksat Mamıtkanov Qırğızıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Yeniavaz.com
Qırğızıstan KİV-ə istinadla xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
Mətbuat xidmətinin məlumatına görə, müvafiq sərəncamı Qırğız Respublikasının Prezidenti Sadır Japarov imzalayıb.
Diplomatik nümayəndəliyin keçmiş rəhbəri Kayrat Osmonəliyev prezidentin digər sərəncamı ilə tutduğu vəzifədən azad edilib. O, 2021-ci ilin iyununda Azərbaycanda səfir olub.
Xatırladaq ki, Maksat Mamıtkanov bundan əvvəl Avrasiya İqtisadi Komissiyasının Gömrük Əməkdaşlığı üzrə naziri vəzifəsini tutub.

DİGƏR XƏBƏRLƏR

Top