Tramp qurultayda vitse-prezidentliyə namizədini elan edəcək


ABŞ-nin keçmiş prezidenti Donald Tramp 15-18 iyul tarixlərində Viskonsin ştatının Miluoki şəhərində keçiriləcək Respublikaçılar Partiyasının Milli Qurultayında vitse-prezidentliyə namizədini elan edəcək.
Yeniavaz.com
xəbər verir ki, o, bu barədə cümə axşamı CNN telekanalına müsahibəsində məlumat verib,
“Mən bunu qurultayda edəcəyəm”, - deyə Tramp vitse-prezidentinin namizədliyini elan etməsindən danışarkən bildirib.
Qeyd edək ki, bundan əvvəl “The Washington Post” qəzeti yazıb ki, Tramp öz namizədini dörd senator da daxil olmaqla səkkiz siyasətçi arasından seçəcək. Bu senatorlar Marko Rubio (Florida ştatından), Ceyms Devid Vens (Ohayo ştatından), Tom Kotton (Arkanzas ştatından) və Tim Skottdur (Cənubi Karolina ştatından).
Siyahıya həmçinin Şimali Dakota ştatının qubernatoru Duqlas Berqam, ABŞ Mənzil İnşaatı və Şəhərsalma Departamentinin keçmiş rəhbəri Ben Karson, Nümayəndələr Palatasının üzvləri Eliz Stefanik (Nyu-York ştatından) və Bayron Donalds (Florida ştatından) da daxildir.
Xatırladaq ki, noyabrın 5-də ABŞ-də növbəti prezident seçkiləri keçiriləcək. 81 yaşlı demokrat Co Bayden və 77 yaşlı respublikaçı Donald Tramp artıq öz partiyalarından Vaşinqton administrasiyasının rəhbəri vəzifəsinə namizəd kimi rəsmi namizədliklərini təmin ediblər. Onların namizədliyi respublikaçıların (iyulda) və demokratların (avqustda) ümummilli partiya qurultaylarında rəsmən təsdiqlənəcək.

DİGƏR XƏBƏRLƏR

Top