İsrail ordusu daha bir hərbçisini itirdi


İsrail Müdafiə Qüvvələri (IDF) Fələstinin HƏMAS hərəkatı ilə döyüşdə bir hərbçinin həlak olduğunu bildirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Qəzza zolağının cənubundan İsrailə sızmağa çalışan HƏMAS silahlıları ilə toqquşma zamanı 34 yaşlı IDF Sərhəd Müdafiə Korpusunun hərbçisi həlak olub.
Bu məlumatları nəzərə alsaq, İsrail ordusunun Qəzza zolağında quru əməliyyatı başlayandan bəri ölən hərbçilərinin sayı 294-ə çatıb.
Fələstin-İsrail münaqişəsinin yeni raundunda həlak olan İsrail hərbçilərinin sayı isə 646 olub.

DİGƏR XƏBƏRLƏR

Top