
ABŞ Prezidenti Co Bayden bugün iyunun 7-də Fransada ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşəcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Bayden Normandiyada desant əməliyyatının 80 illiyi ilə bağlı yubiley tədbirlərində iştirak etmək üçün Fransada səfərdədir.
Baydenin Zelenski ilə Parisdəki “Inter Continental Paris Le Grand Hotel”də görüşəcəyi gözlənilir.
Qeyd edək ki, 6 iyun 1944-cü ildə Britaniya, ABŞ və Kanada hərbi birləşmələri Normandiya sahillərinə çıxmaqla Fransa ərazisinə girmiş oldular. Bu, şimal-qərbi Fransanın müttəfiqlər tərəfindən ələ keçirilməsini nəzərdə tutan strateji “Overlod” əməliyyatının birinci mərhələsi idi.