
İrəvan-Sevan yolunun 2-ci kilometrliyində yerləşən yanacaqdoldurma məntəqəsində güclü partlayış baş verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ermənistanın Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarkisyan sosial şəbəkələrdə məlumat yayıb.
Bildirilir ki, partlayış nəticəsində stansiyanın ərazisində yanğın baş verib. Hazırda yanğınsöndürmə briqadaları əraziyə göndərilib.