Qəzzadan təxliyə edilməli olan yaralı sayı 25 minə çatdı


“Müalicə üçün Qəzza zolağından çıxarılmalı olan yaralı və ağır xəstələrin sayı 25 minə çatıb”.
Yeniavaz.com
xəbər verir ki, bu məlumatı Fələstin anklavının Səhiyyə Nazirliyi rəsmi teleqram kanalında yayıb.
Bildirilir ki, “Misirlə sərhəddə yerləşən “Rəfah” keçid məntəqəsi açıq olduğu müddətdə cəmi 4895 nəfər çıxa bilib:
“Mayın 12-dən indiyədək Qəzza zolağından bir nəfər də olsun xəstə və ya yaralı təxliyə oluna bilməyib. Keçid məntəqəsinin bağlı qaldığı müddətdə minlərlə insanın həyatı təhlükə altındadır. Bu xəstələrin sektordan kənar ixtisaslaşmış tibb mərkəzlərinə müraciət etmələrinə icazə verilərsə, müalicə oluna və xilas ola bilərlər”.

DİGƏR XƏBƏRLƏR

Top