“Telegram”a daxili valyuta əlavə olundu


“Telegram” messencerində daxili valyuta əlavə olunub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə messencerin yaradıcısı Pavel Durov məlumat yayıb.
Durov bildirib ki, valyuta “Telegram Stars” (“Teleqram Ulduzları”) adlanır və botlarda və mini proqramlarda rəqəmsal xidmətlər üçün ödəniş etmək üçün istifadə edilə bilər.
Qeyd edilir ki, “ulduzları” “Apple” və “Google” mağazalarında tətbiqdaxili satınalma sistemi vasitəsilə və ya “PremiumBot” botundan istifadə etməklə almaq olar.

DİGƏR XƏBƏRLƏR

Top