
“Amerika Birləşmiş Ştatları ABŞ-nin silahı ilə Moskva və Kremlə hücumları dəstəkləmir”.
Yeniavaz.com xəbər verir ki, bu barədə ABŞ Prezidenti Co Bayden “ABC” telekanalına müsahibəsində bildirib.
“Biz Rusiyanın 200 mil (təxminən 320 km) dərinliyində zərbələrə və Moskvaya, Kremlə zərbə endirməyə icazə vermirik”, - ölkə başçısı deyib.
ABŞ liderinin sözlərinə görə, silahların Ukraynada konkret hədəflərə hücum etmək üçün sərhəd yaxınlığında istifadəsinə icazə verilir.
Qeyd edək ki, ABŞ dövlət katibi Entoni Blinken mayın 31-də təsdiqləyib ki, ABŞ Prezidenti Co Bayden Rusiya ərazisinə ABŞ silahları ilə zərbələr endirməyə razılıq verib. Amerika diplomatiyasının rəhbərinin sözlərinə görə, söhbət yalnız Rusiyanın Xarkov yaxınlığındakı regionlarına hücumlardan gedir.
Tətbiqimizi yükləyə bilərsiniz