
“Moskva və Bakı Rusiyanın Azərbaycanda baş konsulluqlarının yaradılmasını müzakirə edir”.
Yeniavaz.com xəbər verir ki, bunu Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində keçirilən “Rusiya - Azərbaycan” sessiyasında deyib.
“Qeyd etmək istərdim ki, əlaqələrimizin mütərəqqi inkişafı, o cümlədən ticarət-iqtisadi əməkdaşlığın inkişafı üçün yeni imkanların axtarışı Azərbaycanda baş konsulluqlarımızın yaradılmasına uyğun olardı. Biz indi azərbaycanlı dostlarımızla bu məsələ barədə müzakirə aparırıq və ümid edirik ki, bu söhbət də uğurlu olacaq”, - nazir müavini bildirib.