“Nvidia” “Apple”ı keçərək dünyanın ikinci ən bahalı şirkəti oldu


“Nvidia” səhmləri bütün zamanların ən yüksək səviyyəsinə çatdı.
Yeniavaz.com
xəbər verir ki, bu, süni intellekt çip istehsalçısına dünyanın ən bahalı ikinci şirkəti olan “Apple”ı keçmək imkanı verdi.
Qeyd edək ki, 2007-ci ildə “iPhone” təqdim ediləndən bəri “Apple” Silikon Vadisi şirkətləri arasında liderliyini qoruyub saxlayır. Bununla belə, “Nvidia” hazırda “Apple”ı geridə qoyaraq ikinci yerdədir.
İyunun 5-dən etibarən “Nvidia” səhmləri 5,2% artaraq hər səhmin qiyməti 1224,40 dollara çatıb. Bu, şirkətin bazar kapitallaşmasını 3,012 trilyon dollara çatdırıb. Müqayisə üçün qeyd edək ki, “Apple”ın bazar kapitallaşması eyni zamanda 3,003 trilyon dollar təşkil edib.
“Microsoft” 3,15 trilyon dollarlıq bazar kapitalı ilə dünyanın ən dəyərli şirkəti olaraq qaldığı halda, “Nvidia” səhmlərinin artması şirkətin tezliklə Microsoft-u keçə biləcəyi ehtimalından xəbər verir.
Bir çox ekspertlər hesab edirlər ki, “Nvidia” nəinki rekord səviyyəyə çatmışdır, həm də süni intellekt texnologiyalarına artan marağın fonunda uğurlu inkişafını davam etdirərək, əslində dünyanın ən dəyərli şirkəti olmaq üçün hər cür şansa malikdir.

DİGƏR XƏBƏRLƏR

Top