Qəzzada son 24 saatda 70-ə yaxın fələstinli həlak olub


İsrail qüvvələrinin Qəzza zolağının müxtəlif bölgələrinə endirdiyi zərbələr nəticəsində son 24 saat ərzində 70-ə yaxın fələstinli həlak olub, 230-dan çox fələstinli yaralanıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyi rəsmi “Telegram” kanalında məlumat verib.
“Son 24 saat ərzində Qəzzada İsrail təcavüzü nəticəsində 68 fələstinli həlak olub, 235 fələstinli isə yaralanıb”, - Səhiyyə Nazirliyindən bildirilib.
Nazirlik qeyd edib ki, ötən ilin oktyabrında İsrail hərbi əməliyyatının başlanğıcından bu günə qədər İsrail ordusunun sektorda keçirdiyi əməliyyatlar nəticəsində 36 min 654 nəfər həlak olub, 83 min 309 nəfər yaralanıb.

DİGƏR XƏBƏRLƏR

Top