Erməni sərhədçisi Azərbaycanla sərhəddə minaya düşdü


Ermənistanda Voskepar (Aşağı Əskipara) kəndindəki kilsənin yaxınlığında erməni sərhədçisi minaya düşüb.
Yeniavaz.com
“News.am” portalına istinadla xəbər verir ki, o, piyada əleyhinə minaya düşüb.
Partlayış nəticəsində sərhədçi ayağından yara alıb.
“Voskepar kəndi ərazisində “Surb Astvatsatsin” kilsəsi yaxınlığında erməni sərhədçisi yaralanıb. O, piyada əleyhinə minaya düşüb və ayağından yara alıb”, - deyə portal yazıb.
Sərhədçi Noemberyandakı xəstəxanaya çatdırılıb.
Portalın bildirdiyinə görə, bu, həmin ərazidə mina partlayışı ilə bağlı üçüncü hadisədir.

DİGƏR XƏBƏRLƏR

Top