“Qalatasaray” Okan Burukla müqaviləni uzatdı


Türkiyənin “Qalatasaray” futbol klubu Okan Burukla müqaviləni daha iki il uzadıb.
Yeniavaz.com
kluba istinadla xəbər verir ki, “Qalatasaray” son iki mövsümü Super Liqa çempionluğu ilə başa vuran Okan Burukla iki illik müqavilə imzalayıb.
Məlumata görə, təcrübəli məşqçi ilə imza mərasimi 7 iyun cümə günü yerli vaxtla saat 11:00 üçün nəzərdə tutulub.
“Məşqçimiz Okan Burukun imza mərasimi 7 İyun 2024-cü il cümə günü saat 11:00-da Ali Sami Yen İdman Kompleksiində keçiriləcək və mərasimdə “Qalatasaray” İdman Klubunun prezidenti Dursun Aydın Özbek iştirak edəcək”, - klubun bəyanatında bildirilib.
Qeyd edək ki, “Qalatasaray” bu mövsüm Türkiyə Superkubokunun da sahibi olub.

DİGƏR XƏBƏRLƏR

Top