
Ermənistanı Rusiya ilə əlaqələndirən yeganə quru yolu bağlanıb.
Yeniavaz.com “Sputnik”ə istinadla xəbər verir ki, sözügedən Mtsxeta-Stepantsminda-Lars yolunun bağlanmasına səbəb qar uçqunudur.
Ermənistanın Rusiyadakı səfirliyinin gömrük attaşesi Vaan Akopyan bildirib ki, sərhəd keçid məntəqəsi hər iki istiqamətdə bütün nəqliyyat növləri üçün bağlıdır:
“Qar təmizləmə işlərindən sonra nəqliyyatın hərəkəti bərpa olunacaq”.
Qeyd olunur ki, sözügedən yol pis hava şəraitinə görə vaxtaşırı bağlanır.
Tətbiqimizi yükləyə bilərsiniz