
Birləşmiş Millətlər Təşkilatı (BMT) İsrail və Livan sərhədində artan gərginlikdən çox narahatdır və tərəfləri gərginliyi azaltmağa çağırır.
Yeniavaz.com xəbər verir, bunu brifinqdə dünya təşkilatının rəhbərinin rəsmi nümayəndəsi Stefan Düjarrik deyib.
“Əlbəttə, biz Mavi Xətdə (İsrail və Livan sərhədi nəzərdə tutulur) davam edən gərginlikdən çox narahatıq”, - deyə BMT nümayəndəsi bildirib.
Qeyd edək ki, bundan əvvəl İsrail Baş naziri Benyamin Netanyahu Livanla sərhədə yaxın Kiryat Şmona şəhərinə səfəri zamanı İsrail hakimiyyətinin şimal sərhədlərində “Hizbullah” təşkilatına qarşı çox qəti addımlar atmağa hazır olduğunu bildirmişdi.
Tətbiqimizi yükləyə bilərsiniz