
“Ukrayna Silahlı Qüvvələri bu yay Belçika, Danimarka, Hollandiya və Norveçdən Amerika istehsalı olan 60-dan çox F-16 qırıcı-bombardmançı təyyarəsi ala bilər”.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.
Nəşrin mənbələrinə görə, Kiyev Vaşinqton və Avropa ölkələrindən F-16 qırıcılarının döyüş istifadəsi üçün ukraynalı pilotların hazırlanması proqramını sürətləndirməyi tələb edir:
“Ukrayna hakimiyyəti hesab edir ki, hazırkı temp Ukrayna Silahlı Qüvvələri üçün tələb olunan sayda hərbi personalın hazırlanmasına imkan vermir. Ukrayna artıq ABŞ-ni xəbərdar edib ki, o, dərhal Amerika torpaqlarında təlimə başlamağa hazır olan 30 pilotu göndərə bilər. Vaşinqton administrasiyası isə Kiyevi məlumatlandıraraq bildirib ki, Arizonadakı aviabazada Ukraynadan 12-dən çox hərbçini təlimə qəbul etmək üçün kifayət qədər boş yer yoxdur”.
Eyni zamanda, nəşr qeyd edir ki, amerikalı qanunvericilər icra hakimiyyətindən bu məsələyə üstünlük verməyi və daha bir neçə ukraynalı pilotu təlimə qəbul etməyi xahiş edirlər. Bununla belə, ABŞ hökuməti Ukraynaya məlumat verib ki, digər ölkələrin hərbi qulluqçuları da aviabazada təlim keçmək üçün fürsət gözləyirlər, Vaşinqton onların qarşısında öhdəliklərini poza bilməz.
Tətbiqimizi yükləyə bilərsiniz