Numan Kurtulmuş Bakıya gəldi


Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş Türkiyə Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) 13-cü Baş Assambleyası münasibətilə Bakıya gəlib.
Yeniavaz.com
Türkiyə mətbuatına istinadən xəbər verir ki, TBMM sədri Kurtulmuşu Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Milli Məclisi sədrinin müavini Fəzail İbrahimli, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun sədri Əhliman Əmiraslanov və digər aidiyyəti şəxslər qarşılayıb.
O, Azərbaycan Milli Məclisinin ev sahibliyi ilə Bakıda “Türk Dünyası üçün Yaşıl Üfüqlər: Yaşıl Gündəmin reallaşmasında parlamentlərin rolu” mövzusu ilə keçiriləcək TÜRKPA-nın 13-cü Baş Assambleyasında iştirak edəcək.
 

DİGƏR XƏBƏRLƏR

Top