“Avro 2024”ün maskotu seçildi


“Avro 2024”ün rəsmi maskotu Albert adlı oyuncaq ayı oldu.
Yeniavaz.com
xəbər verir ki, turnirin təşkilatçılarının sözlərinə görə, oyuncaq ayı 20-ci əsrin əvvəllərində Almaniyada icad edilib.
Bildirilir ki, maskotun adı UEFA-nın rəsmi saytında və bütün Avropada məktəblilər arasında səsvermə yolu ilə seçilib.
Xatırladaq ki, 2024-cü il Avropa çempionatının final hissəsinin oyunları iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək.

DİGƏR XƏBƏRLƏR

Top