“Aİ-də artıq fərqli fikir bildirmək hüququ mövcüd deyil” – Fitso


“Avropa İttifaqında fərqli fikir bildirmək hüququ artıq mövcud deyil”.
Yeniavaz.com
xəbər verir ki, bunu Slovakiyanın Baş naziri Robert Fitso öz feysbuk səhifəsində həmvətənlərinə ünvanladığı videomüraciətində bildirib.
“Biz Slovakiya Nazirlər Kabineti əsaslı şəkildə müharibədən daha çox sülhə üstünlük verməyə davam edirik. Məhz bu, Ukraynadakı münaqişədir ki, Aİ və NATO-da onu daha da gücləndirib, hətta vəziyyətə yeganə düzgün baxış konsepsiyasına, yəni Rusiyanı zəiflətmək üçün Ukraynadakı müharibəni nəyin bahasına olursa olsun davam etdirməyə xeyir-dua verib. Bu cür vahid və hamı üçün məcburi baxışı qəbul etməyən hər kəs dərhal Rusiya agenti kimi damğalanır və beynəlxalq siyasi səhnədə kənara salınır. Bu, sərt bəyanatdır, lakin Aİ-də fərqli fikirləri ifadə etmək hüququ artıq mövcud deyil”, - Baş nazir bildirib.
Xatırladaq ki, Fitso mayın 15-də sui-qəsd cəhdinə məruz qalıb. Baş nazir bir neçə güllə yarası alıb və bir neçə əməliyyatlar keçirib. Hücum edən şəxs saxlanılıb. Bu, 71 yaşlı yazıçı Yuray Tsintuladır. O, siyasi motivlərlə adam öldürməyə cəhddə ittiham olunur. Fitso 2006-2010 və 2012-2018-ci illərdə Slovakiyanın Baş naziri olub və 2023-cü ilin oktyabrında yenidən hökumətin başçısı seçilib.

DİGƏR XƏBƏRLƏR

Top